Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Jurnalist İlham Əliyevə: “Mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız”

26 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mən 25 ildir jurnalistika ilə məşğulam, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam”.

Press.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransında Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal bildirib.

O, prezidentə konfransa dəvət üçün təşəkkür edib:

“Bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısınız.

Dünən sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da bizə məsələlərlə bağlı dolğun məlumat verdilər. Təbii ki, biz də Xocalı soyqırımı qurbanlarını dərin hüznlə anırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün mətbuat konfransı dörd saatdan artıq davam edib. 

Oxşar xəbərlər
OTACI