Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Niderlandda üzərində “Xocalıya ədalət!” yazılmış poçt markaları buraxılıb

25 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və “#justiceforkhojaly” (“Xocalıya ədalət!”) tələbi əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində “#justiceforkhojaly” tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.

Oxşar xəbərlər
OTACI