Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İrəvanda parlament binası qarşısında barrikadalar qurulub

25 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İrəvanda etirazçılar parlament qarşısındakı Baqramyan küçəsini bağlayıblar.

“Sputnik Armenia”nın məlumatına görə, birləşmiş müxalifətin nümayəndəsi İşxan Saqatelyan sözügedən ərazidə barrikadaların qurulduğunu bildirib.

“Biz iki tərəfdən Baqramyan küçəsini bağlamışıq. Ərazidə çadırlar qurmaqda və tonqallar qalamaqda davam edirik”, - deyə o qeyd edib.

Həmçinin İ.Saqatelyan bəyan edib ki, etiraz aksiyaları Baş nazir Nikol Paşinyan istefa verənədək davam edəcək.

Oxşar xəbərlər
OTACI