Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağcabədi sakinindən qurudulmuş marixuana götürüldü

25 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Bəxtiyar Səfərov tutularaq polis şöbəsinə gətirilib.

Davam etdirilən araşdırmalarla B.Səfərovun fərdi yaşayış evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi 10 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.

Oxşar xəbərlər
OTACI