Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda Xəzərin sahili dondu, hadisəyə aydınlıq gətirildi - YENİLƏNİB + FOTO

25 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donması ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

İnstitutun əməkdaşı Məhərrəm Mehdiyev Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlaması adi bir haldır:

“Ölkə ərazisində havanın kəskin dəyişməsi nəticəsində temperaturunun mənfi səkkiz, doqquz dərəcəyə düşüb. Şabran rayonu ərazisində Xəzər dənizin ləpədöyən hissəsinin buzlaşması oranın dayaz olması ilə bağlıdır. Haradakı dayaz yerlər var, ora buz bağlaya bilər. Havanın temperaturu yüksələn kimi buz əriyəcək”.

09.21

Xəzər dənizinin ləpədöyən hissəsində donma qeydə alınıb.

Foto sosial şəbəkələrdə yayılıb.

Belə ki, Şabran rayonunun Xəzər dənizinin ləpədöyən hissəsi buz bağlayıb.

 

Oxşar xəbərlər
OTACI