Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda qarın təmizlənməsi davam edir - BŞİH

24 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlıb.
Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam edəcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcəkdir.

Oxşar xəbərlər
OTACI