Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azəriqaz” kəskin hava şəraiti ilə bağlı abunəçilərə müraciət edib

24 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abunəçilərə müraciət edib.

Press.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Əgər belə bir kəskin hava şəraitində mənzilinizdə istifadə etdiyiniz qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bu sahədə təcrübəsi olan əməkdaşlarımız sizə yardım göstərəcəklər.

Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, quruma müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq. Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və yaxud "Whatsapp" nömrəmizə (077 3 104 104) yazsın”.

Oxşar xəbərlər
OTACI