Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN

24 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.

Press.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:

“Çadırlar Nərminov rayonu - metronun çıxışı, Yasamal rayonu - İnşaaçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu - Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb”.

Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.

Oxşar xəbərlər
OTACI