logo
First slide

“Azərişıq”dan hava şəraiti ilə bağlı baş verən qəzalar barədə AÇIQLAMA

24 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Havaların kəskin dəyişməsi, qar və çovğun səbəbi ilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində işləyir.

Qurumdan verilən məlumata görə, ötən gün axşam saatlarından başlayaraq qurum əməkdaşları fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir. Bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalar qəza xidmətinin əməkdaşları tərəfindən aradan qaldırılır. Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq. 

Onu da qeyd edək ki, öncədən ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

Oxşar xəbərlər
OTACI
OTACI