Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Son 20 gündə koronavirusa yoluxan təhsil işçilərinin sayı açıqlanıb

23 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son 20 gündə (1-21 fevral) ölkə üzrə məktəblərdə virusa yoluxan işçi heyətinin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, həmin müddətdə virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib.

Qeyd olunub ki, həmin müddətdə ölkə ərazisində 4 427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub.

Oxşar xəbərlər
OTACI