Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəxsin cinayət məsuliyyətinə cəlbi üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilib

23 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Press.az-ın xəbərinə görə, dəyişikliklə şəxsin cinayət məsuliyyətinə cəlbi üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilir.

Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısına 155 yeni narkotik vasitə əlavə olunur və beləliklə, həmin narkotik vasitələrin sayı 187-ə çatdırılır.

Siyahıya aşağıdakı kimi dəyişiklik edilir:

1. "I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr" bölməsi üzrə:

1.1. "I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr" fəslində:

1.1.1. 29-cu maddədə "Dimepqeptanol" sözü "Dimefeptanol" sözü ilə əvəz edilir;

1.1.2. 38-ci maddədə "Etilmetiltianbuten" sözü "Etilmetiltiambuten" sözü ilə əvəz edilir;

1.1.3. 56-cı maddədə "Kannabis qətranı, ekstraktı və cövhəri" sözləri "Həşiş, həşiş qatranı, həşiş yağı" sözləri ilə əvəz edilir;

1.1.4. 78-ci maddədə "MFPP" sözü "MFPP (MPPP, 1-metil-4-fenil-4-piperidinol propionat (efir))" sözləri ilə əvəz edilir;

1.1.5. 83-cü maddədə "Norasetimetadol" sözü "Norasimetadol" sözü ilə əvəz edilir;

1.1.6. 93-cü maddədə "məhsulu V" sözləri "məhsulu B" sözləri ilə əvəz edilir;

1.1.7. 94-cü maddədə "məhsulu S" sözləri "məhsulu C" sözləri ilə əvəz edilir;

1.1.8. 95-ci maddədə "Pimipodin" sözü "Piminodin" sözü ilə əvəz edilir;

1.1.9. 96-cı maddədə "Proqeptazin" sözü "Proheptazin" sözü ilə əvəz edilir;

1.1.10. 103-cü maddəyə "Tebakon" sözündən sonra "(asetildihidrokodeinon)" sözü əlavə edilir;

1.1.11. 105-ci, 106-cı, 108-ci və 112-ci maddələr ləğv edilir;

1.1.12. 115-ci maddənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 116-169-cu maddələr əlavə edilsin:

"116. O-(adamantan-1-il)-1-pentil-1H-indazol-3-karboksilat

117. N-(2-adamantil)-1-[(tetrahidropiran-4-il)metil]indazol-3-karboksamid (Adamantyl-THPINACA)

118. Akriloilfentanil (akrilfentanil)

119. BDB (əsası və duzları)

120. Benosiklidin

121. Butirfentanil

122. N-(1-benzilpiperidin-4-il)-N-fenilpropanamid (benzilfentanil)

123. N-[1-(2H-1,3-benzodioksol-5-il)-propan-2-il]-N-­metilhidroksilamin (FLEA)

124. 1-(Benzofuran-5-il)-N-(2-metoksibenzil)propan-2-amin (5-APB-NBOMe)

125. 1-(Benzofuran-2-il)-propan-2-amin(2-APB) və törəmələri

126. 4-(Di(benzo[1,3]dioksol-5-il)(hidroksi)metil)piperidin-1-karbon turşusu

127. 2-(Difenilmetil)-1-metilpiperidin-3-ol(SCH-5472)

128. Difenil(pirrolidin-2-il)metanol (D2PM)

129. N-[2-(dimetilamino)sikloheksil]-N-metil-3,4-dixlorbenzamid (U-47700)

130. N-(3,3-dimetilbutan-2-il)-1,3-benzodioksol-5-karboksamid

131. 1-Etilpiperidin-3-il 2-hidroksi-2,2-difenilasetat (JB-318)

132. 4-Flüorizobutirilfentanil (4-FİBF, p-FİBF)

133. 5-Fenil-N-(piperidin-1-il)-1H-pirazol-3-karboksamid

134. N-fenil-1-pentil-1H-indol-3-karboksamid

135. N-fenil-N-[1-(tiofen-2-ilmetil)piperidin-4-il]propanamid (tenilfentanil)

136. N-(2-fenilpropan-2-il)-1-pentil-1H-pirrolo[2,3-b]piridin-3-karboksamid

137. Furanilfentanil

138. N-hidroksi-2-[2,5-dimetoksi-4-(propilsulfanil)fenil]etanamin (HOT-7)

139. (6S,6aR,9R,10aR)-9-hidroksi-6-metil-3-{[(2R)-5-fenilpentan-2-il]oksi}-5,6,6a,7,8,9,10,10a-oktahidrofenantridin-1-il asetat(CP 50,5561)

140. 1-(1H-indol-3-il)-3,3,4-trimetil-pent-4-en-1-on

141. 2-(1H-indol-3-il)-1-morfolinoetanon

142. N-(1-Karbamoil-2-metilpropil)-1-pentil-5-fenil-1H-pirazol-3-karboksamid

143. N-[(1S)-1-karbamoil-2,2-dimetilpropil]-3-(3-hidroksi-3-metilbutil)-2-oksobenzimidazol-1-karboksamid (PF-03550096)

144. (1-Karboksipropil)-1-pentil-1H-indazol-3-karboksilat

145. Karfentanil

146. Marixuana (kannabis)

147. MBDB (əsası və duzları)

148. 1-(1-Metil-3-metoksisikloheksil)piperidin (3-MeO-MPC)

149. N-metil-1,2-difeniletilamin

150. 1-Metilpiperidin-3-il 2-hidroksi-2,2-difenilasetat (JB-336)

151. Metil 2-{[9-(sikloheksilmetil)-9H-karbazol-3-il]formamido}-3,3-dimetilbutanoat (MDMB-CHMCZCA)

152. 3-[2-(2-Metoksibenzilamino)etil]-1H-xinazolin-2,4-dion (RH-34)

153. 5-Metoksi-3-(2-metoksibenzil)-7-pentil-2H-­xromen-2-on (PSB-SB-1202)

154. Metoksiasetilfentanil

155. Metoksiketamin

156. Morfin metilbromid

157. Naftalin-2-il-1-(2-ftorfenil)-1H-indazol-3-karboksilat (3-CAF)

158. Okfentanil

159. Ortoflüorofentanil

160. Paraflüorbutirilfentanil

161. (1-Pentil-1H-indol-3-il)(pirrolidin-1-il)metanon

162. (1-Pentil-1H-indazol-3-il)(pirrolidin-1-il)metanon

163. Sikloheksil-[1,1"-bifenil]-3-ilkarbamat (URB602)

164. Siklopropilfentanil

165. Tetrahidrofuranilfentanil (THF-F)

166. 3-(2,2,3,3-Tetrametilsiklopropankarbonil)indol

167. Xaşxaş kütləsi

168. Xinolin-8-il-1-pentil-1H-pirrolo[2,3-c]piridin-3-karboksilat

169. 4-Xlor-N-(1-fenetilpiperidin-2-iliden)benzolsulfonamid.";

1.2. "II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" fəslində:

1.2.1. 3-cü maddədə "Brolamfetamin DOB" sözləri "Brolamfetamin (DOB)" sözləri ilə əvəz edilir;

1.2.2. 6-cı maddədə "DMT" sözü "DMT (dimetiltriptamin)" sözləri ilə əvəz edilir;

1.2.3. 10-cu maddədə "Dronabinol-Delta-9-tetrahidrokannabinol" sözləri "Dronabinol (delta-9-tetrahidrokannabinol)" sözləri ilə əvəz edilir;

1.2.4. 11-ci maddədə "Etisiklidin FSQ" sözləri "Etisiklidin FSH" sözləri ilə əvəz edilir;

1.2.5. 22-ci maddədə "4-metilamironeks" sözü "4-metilaminoreks" sözü ilə əvəz edilir;

1.2.6. 23-cü maddədə "4-MTA" sözü "4-MTA (4-metiltioamfetamin)" sözləri ilə əvəz edilir;

1.2.7. 31-ci maddədə "N-etil MDA" sözləri "MDE, N-etil MDA" sözləri ilə əvəz edilir;

1.2.8. 33-cü maddədə "Paraqeksil" sözü "Paraheksil" sözü ilə əvəz edilir;

1.2.9. 37-ci maddədə "Rolisiklidin (FQP, FSPİ)" sözləri "Rolisiklidin (FHP, FSPİ)" sözləri ilə əvəz edilir;

1.2.10. 41-ci maddədə "TMA" sözü "TMA (alfa-metilmeskalin)" sözləri ilə əvəz edilir;

1.2.11. 44-cü maddədə "Tetrahidrokannabinol izomeri" sözləri "Tetrahidrokannabinol (bütün izomerləri)" sözləri ilə əvəz edilir;

1.2.12. 45-ci maddədə "2 S-B" sözü "2 C-B" sözü ilə əvəz edilir;

1.2.13. 47-ci maddədə "BZP-N-benzilpiperazin" sözləri "BZP, N-benzilpiperazin" sözləri ilə əvəz edilir;

1.2.14. 56-cı maddədə "para-metil-4-metilaminoreks (4,4-DMAR)" sözləri "Para-metil-4-metilaminoreks (4,4"-DMAR, 4.4" Dimetilaminoreks)" sözləri ilə əvəz edilir;

1.2.15. 56-cı maddənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 57-82-ci maddələr əlavə edilir:

"57. AB-CHMİNACA

58. AB-PİNACA

59. ADB-CHMİNACA (MAB-CHMİNACA)

60. ADB-FUBİNACA

61. AM-2201 (JWH 2201)

62. CUMYL-4CN-BİNACA

63. 3-(2,6-Dixlorfenil)-2-etil-3,4-dihidroxinazolin-4-on (xlorokvalon)

64. Efedron

65. 3-(2-Etilfenil)-2-metil-3,4-dihidroxinazolin-4-on (etakvalon)

66. Etilfenidat

67. N-etilnorpentilon (efilon)

68. Etilon

69. 5F-APİNACA (5F-AKB-48)

70. 4-Flüoramfetamin (4-FA, 4-FMP, PAL-303, para-flüoramfetamin (PFA))

71. FUB-AMB (MMB-FUBİNACA, AMB-FUBİNACA)

72. JWH-018

73. MDMB-CHMİCA

74. 5F-MDMB-PİNACA (5F-ADB)

75. Mefedron (4-metilmetkation)

76. 2-Metil-3-(2-metoksi-4-nitrofenil)-3,4-dihidroxinazolin-4-on (nitrometakvalon)

77. Metiopropamin (MPA)

78. (2-Morfolin-4-iletil)-1-fenilsikloheksan-1-karboksilat (PRE-084)

79. Pentedron

80. 5F-PB-22 (5F-QUPIC, Xinolin-8-il-1-(5-flüorpentil)-1H-indol-3-karboksilat)

81. UR-144

82. XLR-11.".

2. "II siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr" bölməsi üzrə:

2.1. "I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr" fəslində:

2.1.1. 5-ci maddədə "Kodein və duzları" sözləri "Kodein (əsası və duzları)" sözləri ilə əvəz edilir;

2.1.2. 7-ci maddədə "Morfin və duzları" sözləri "Morfin (əsası və duzları)" sözləri ilə əvəz edilir;

2.1.3. 8-ci maddədə "Para-fluorofentanil" sözləri "Para-flüorofentanil" sözləri ilə əvəz edilir;

2.1.4. aşağıdakı məzmunda 17-18-ci maddələr əlavə edilir:

"17. (1S,5R,13R,17R)-10,14-dimetoksi-4-metil-12-oksa-4-azapentasiklo [9.6.1.01,13.05,17.07,18]oktadeka-7,9,11(18),14-tetraen (dihidrotebain)

18. Propanidid.".

2.2. "II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr" fəslinə aşağıdakı məzmunda 9-10-cu maddələr əlavə edilir:

"9. N-hidroksi-2-(difenilmetilsulfinil)asetamid (adrafinil)

10. Dekstrometorfan.".

3. "III siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr" bölməsi üzrə:

3.1. 2-ci maddədə "Alprozolam" sözü "Alprazolam" sözü ilə əvəz edilir;

3.2. 4-cü maddədə "Amfepramon-Dietilpropion" sözləri "Amfepramon (dietilpropion, fepranon)" sözləri ilə əvəz edilir;

3.3. 64-cü maddənin sonundan nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda 65-82-ci maddələr əlavə edilir:

"65. Aprobarbital

66. Brallobarbital

67. Buprenorfın

68. Dezxloretizolam

69. Diklazepam

70. Etizolam

71. Fonazepam

72. Ftorbromazepam

73. Ftorbromazolam

74. Heptabarbital

75. Klonazolam

76. Kloniprazepam

77. Kvazepam

78. Meklonazepam

79. Nifoksipam

80. Pirazolam

81. Sinazepam

82. Vinbarbital.".

4. "IV siyahı. Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar" bölməsinə aşağıdakı məzmunda 24-29-cu maddələr əlavə edilir:

"24. Alfa-fenilasetoasetamid (APAA)

25. Alfa-fenilasetoasetonitril (APAAN)

26. 4-Anilino-N-fenetilpiperidin (ANPP)

27. N-fenetil-4-piperidinon (NPP)

28. 3,4-MDP-2-P metil qlisidat (PMK glycidate)

29. 3,4-MDP-2-P metil qlisidik turşusu (PMK glycidic acid)

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Oxşar xəbərlər
OTACI