logo
First slide

Azərbaycanda pensiya yaş həddi yüksək deyil - Nazirlik

23 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı iddiaları biz də eşidirik, amma bu iddiaların heç bir əsası yoxdur.

Press.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil:

“Bununla bağlı mütəmadi olaraq, araşdırma aparılır, sosial-iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan bir neçə ölkənin təcrübəsi davamlı olaraq, öyrənilir”.

E.Abbasov qeyd edib ki, elm və texnikanın inkişafı insanların həyat səviyyəsinin uzanmasına səbəb olub:

“Bunu beynəlxalq təşkilatlar da deyir. Həyat səviyyəsinin ömür uzunluğunun artması nəticəsində pensiya yaşı bütün ölkələrdə mərhələli şəkildə artır. Bu gün elə ölkə tapmaq olmaz ki, o, pensiya yaşını mərhələlii şəkildə artırmasın”.

Oxşar xəbərlər
OTACI
OTACI