Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yalçın Rzazadənin dəfn olunacağı yer müəyyənləşdi - YENİLƏNİB

23 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dəfn Lənkəranda baş tutacaq.

Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

11:01

Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn olunacağı yer açıqlanıb.

Bu barədə ailəsindən məlumat verilib.

O, bu gün Lənkəranda dəfn olunacaq. Mərhumun nəşi bu gün saat 12:00 radələrində Lənkərana yola salınacaq.

Y.Rzazadə fevralın 22-də vəfat edib.

O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib. 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Oxu.az

Oxşar xəbərlər
OTACI