Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları Ankarada görüş keçirəcəklər

23 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Türkiyənin paytaxtı Ankarada üçtərəfli görüş keçirəcəklər.

Press.az-ın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Oxşar xəbərlər
OTACI