Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda fəhlənin çoxmərtəbəli binadan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fevralın 22-də saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

20:13

Tikintidə təhkükəsizlik qaydalarının pozulması ölümə səbəb oldu. 

Hadisə Ziya Bünyadov prospekti, İbrahim Məmmədov küçəsində qeydə alınıb. Binanın 6-cı mərtəbəsində fəhlə işləyən 65 yaşlı Şahverdi Nurullayev yıxılaraq ölüb. 

Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
OTACI