Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Loqos" Vətən müharibəsində 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərib

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Maarifçilik ənənələrinə sadiq qalan “Loqos” xeyriyyəçilik missiyasını da hər zaman uğurla davam etdirir. Belə ki, İkinci Vətən müharibəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərilib.

Press.az xəbər verir ki, bu barədə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzindən məlumat verilib.

“Özəl sahə üzrə xidmət göstərməyimizə baxmayaraq, hər zaman vacib məqsədlər siyahısının başında xalqımıza, hər bir vətəndaşımıza bacara bildiyimiz qədər dəstək göstərmək durur. “Loqos” ailəsi olaraq bu dəfə də bu çətin və şərəfli missiyanın öhtəsindən gəldiyimizi düşünürük.

Vətən müharibəsi və sonrakı dövrdə bizə müraciət edən, ətrafımızda gördüyümüz, tanıdığımız nə qədər şəhid və qazi ailəsi varsa peşəkar komandamız tərəfindən onlara psixoloji, pedaqoji və loqopedik xidmətlər göstərməyə çalışdıq. Eləcə də, gördüyünüz statistikadan əlavə, sərhədyanı bölgələrdə fəaliyyət göstərən filiallarımızın mütəxəssisləri psixoloji sarsıntı keçirən ailələri ziyarət edərək, onlarla görüşlər həyata keçirdilər.  Bu çətin dönəmdə “Loqos”-un əsas amalı olan insanlara dəstək missiyasını öz üzərinə götürən hər bir əməkdaşlarımıza təşəkkür edir və onlarla qürur duyuruq!”

Oxşar xəbərlər
OTACI