logo
First slide

Daha bir qaziyə vəzifə verildi

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsin müdiri vəzifəsinə təyinat olub.

Press.az xəbər verir ki, bununla bağlı icra başçısı Eyvaz Qurbanov müvafiq sərəncam imzalayıb.

Sərəncamla İsgəndərov Vasif Teyfuk oğlu vəzifəyə gətirilib.

Qeyd edək ki, V.İsgəndərov 1990-cı il sentyabrın 24-u Oğuz şəhərində anadan olub. 2012-ci ildə Mingəçevir Politexnik İnstitunu bitirib, 2012-2013-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfində 3-cü məharət dərəcəsi ilə təltif edilib. Vətən müharibəsi başladıqdan sonra 21 sentyabr 2020-ci ildə yenidən ordu sıralarına çağırılıb. Murov dağı istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Oxşar xəbərlər
OTACI
OTACI