logo
First slide

“Azəriqaz” kəskin soyuqlarla bağlı təmir proseslərini təxirə saldı

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Havaların soyuq keçdiyi günlərdə təlabat artdığından sutkalıq qaz qəbulunda artım müşahidə olunub.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi açıqlama yayıb.

Növbəti daha kəskin soyuq qış günlərinin fevral ayının 23-dən müşahidə ediləcəyini nəzərə alaraq Birliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Bildirilib ki, təbii qazın təlabata uyğun normal rejimlərdə paylanılması, növbəli iş rejimlərinin düzgün təşkili diqqətdə saxlanılacaq:

“Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı “WhatsApp” nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər”.

Əlavə olaraq qeyd edilib ki, fevral ayının 17-dən bu günə qədər sutkalıq təbii qaz qəbulunda artım müşahidə edilməkdədir. Təqribən qəbul olunan qazın həcmi sutkalıq 32-35 milyon kubmetr arasında dəyişir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta sutkalıq 8 milyon kubmetrədək artımın müşahidə olunduğu günlər var. Bu həcmdə qazın qəbulu artan təlabatdan irəli gəlir.

Belə ki, 2 milyon 400 minə yaxın əhali abonentinin istifadəsində olan qaz cihazlarının soyuq vaxtlarda işlək saatlarının müddəti uzanır və bu da sonda abonentin ümumi sərfiyyatında artım kimi qaz sayğaclarında qeydə alınır.

Oxşar xəbərlər
OTACI
OTACI