Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətən müharibəsində yaralanmış qazilərin yüksək texnologiyalı protezlərlə təminatı davam edir

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatını davam etdirir.

Nazirlikdən Press.az-a verilən məlumata görə, onlardan Əliyev Vasif Şakir oğlu Fizuli uğrunda döyüşlərdə ayağını itirib. O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra yüksək texnologiyalı protezlə təmin edilib.

Bu müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan ayağa qalxaraq sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə və s. imkan verir.

https://www.youtube.com/watch?v=-0WYhRYjMvc&feature=youtu.be&ab_channel=Az%C9%99rbaycanRespublikas%C4%B1n%C4%B1n%C6%8Fm%C9%99kv%C9%99%C6%8FhalininSosialM%C3%BCdafi%C9%99siNazirliyi

Oxşar xəbərlər
OTACI