Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycandakı peyvənd virusun yeni növlərinə qarşı da effektlidir - TƏBİB

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" peyvəndi "COVID-19"-un Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir.

TƏBİB-dən Press.az-a verilən məlumata görə, bu barədə “CoronaVAC”-ın Braziliyadakı sınaqlarına rəhbərlik edən və Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas bildirib. O qeyd edib ki, Mərkəz “CoronaVAC” peyvəndinin virusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektivliyini yoxlamaq üçün kliniki sınaqlarını aparıb və nəticə uğurlu olub.

Mərkəz rəhbəri "Sinovac" şirkətinin peyvəndinin texnologiyasına görə digər vaksinlərdən üstün olduğuna da diqqət çəkib. Bildirib ki, inaktivləşmiş bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Oxşar xəbərlər
OTACI