Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ov mövsümü fevralın bu tarixdə başa çatır

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda 2020-2021-ci illər üzrə ov mövsümü fevralın 28-də başa çatacaq.

Bunu Trend-ə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. O qeyd edib ki, artıq fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır.

“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".

F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

“Növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir”.

Oxşar xəbərlər
OTACI