Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Quba yolunun ödənişli hissəsinin istifadəyə veriləcəyi tarix AÇIQLANDI

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istismara veriləcək”.

Press.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələr” mövzusunda brifinqdə deyib.

“Bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb. Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik, ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Onun gələn ilin mayına qədər təhvil verilməsi gözlənilir”, - o qeyd edib.

Oxşar xəbərlər
OTACI