Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyanın Ermənistandakı hərbi bazasının yeri dəyişdirilə bilər

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda fəaliyyət göstərən Rusiyanın 102-ci hərbi bazasının müəyyən hissələrinin ölkənin şərqinə keçirilməsi məsələsi Yerevanla Moskva arasında müzakirə olunur.

Press.az-ın məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya mətbuatına müsahibəsində deyib.

O bildirib ki, hazırda həmin məsələ ilkin müzakirələr mərhələsindədir və gələcəkdə bu, baş verə bilər.

Nazir əlavə edib ki, son dövrlərdə ölkədə fəaliyyət göstərən rusiyalı sərhədçilərə əlavə funksiyalar da verilib.

Qeyd edək ki, Gümrü şəhərində yerləşən 102-ci hərbi baza Ermənistan-Türkiyə sərhədinin təhlükəsizliyinə nəzarət edir.

Oxşar xəbərlər
OTACI