Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə beşmərtəbəli yaşayış binasında yanğın olub

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe yeni növ koronavirus epidemiyasının 2022-ci ilin əvvəllərində sona çatacağını deyib.

Danimarkanın DR dövlət agentliyi xəbər verir ki, Klüqe mutasiyaların sürətlə yayılmasına görə narahat olduğunu bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən fərqli olaraq, 2021-ci ildə COVID-19 virusuna yoluxma nisbətən idarə olunması ilə fərqlənəcək.

ÜST səlahiyyətlisi bildirib ki, ən pis ssenari bitib və hazırda virusla bağlı daha çox məlumat mövcuddur.

Klüqe ehtimal edib ki, epidemiya 2022-ci ilin əvvəllərində sona çatacaq:

“Bu virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu, nikbin mesajdır”.

Klüqe mutasiyalara görə yeni peyvəndə ehtiyacın olmadığını da deyib.

Oxşar xəbərlər
OTACI