logo
First slide

Bu gün Yer kürəsinə stadion boyda asteroid yaxınlaşacaq

22 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bazar ertəsi Yer kürəsinə ölçüsü stadion boyda olan asteroid yaxınlaşacaq.

Press.az xəbər verir ki, bu barədə NASA-nın JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Hesablamalara əsasən, diametri 212 metr olan 2020 XU6 asteroidi planetimizə təxminən dörd milyon kilometr məsafədə yaxınlaşacaq.

Bu gün həmçinin Yer kürəsinin yanından 23 metr diametrə malik asteroid 2020 BV9 keçəcək. Onun planetimizdən ən yaxın məsafəsi 5,6 milyon kilometr olacaq. Eyni zamanda 40 metr diametrə malik 2021 CC5 asteroidi də planetimizin yanından keçəcək. Onunla Yer arasında məsafə təxminən 6,9 milyon kilometr təşkil edəcək.

Dünən isə Yer kürəsinin yaxınlığından diametri 10 metr olan 2021 DD1 və 61 metr təşkil edən 2021 DK1 asteroidləri keçib.

Oxşar xəbərlər
OTACI
OTACI