Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gədəbəydə dovşan ovu xəsarətlə bitdi: Miskinli kənd sakini yanlışlıqla qonşusunu güllələdi

21 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gədəbəy rayonunda yerli sakin odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Gədəbəy rayon Miskinli kənd sakinləri, 1978-ci il təvəllüdlü Qamət Şahmalı oğlu Fatullayev və həmyerlisi, 1990-cı il təvəllüdlü Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər.

Ov zamanı Q.Fatullayevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə E.Tağıyevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI