logo
First slide

Ərdoğanla Ruhani arasında telefon danışığı olub

21 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefon vasitəsilə danışıb.

“Haber Global” Türkiyə prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, söhbət zamanı iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə Türkiyə-İran işbirliyini artırmaq üçün atılan addımlar və regional inkişaf məsələləri müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi üçün mövcud iradələrinə sadiq qaldıqlarını bildirib.

İrana qarşı birtərəfli sanksiyalardan imtina edilməsini və İran xalqının rifahı qarşısında haqsız əngəllərin aradan qaldırılmasını ABŞ-ın yeni rəhbərliyindən istədiklərini deyən Türkiyə prezidenti, son bir neçə gündə bu mövzuda edilən açıqlamaların yeni bir fürsət pəncərəsi açdığını söyləyib.

Həmçinin prezident Ərdoğan İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə başlaması üçün bütün çətinliklərə baxmayaraq dialoq qapılarını açıq saxlamağın vacibliyini vurğulayıb.

Oxşar xəbərlər
OTACI
OTACI