Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir ölkədə vaksinasiya başladı

21 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avstraliyada koronavirusa qarşı peyvənd proqramı başlayıb. İlk peyvənd olunanlardan biri ölkənin Baş naziri Skott Morrison olub.

Press.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın səhiyyə naziri Qreq Hant bildirib.

“Bu gün iki veteran, qocalar evlərinin bir neçə əməkdaşı, qabaqcıl dəstənin işçiləri (karantin hotellərinin və sərhəd xidmətinin personalı-red.), həmçinin ölkənin Baş naziri (Skott Morrison-red.), baş sanitar həkim Pol Kelli və tibb bacıları xidmətinin rəhbəri Elison Makmillanın daxil olduğu birinci qrup insan peyvənd olunacaq”, - Hant “ABC” telekanalının efirində danışıb.

Nazir qeyd edib ki, birinci qrupun vaksinasiyası üçün ABŞ-ın “Pfizer” şirkətinin və onun alman tərəfdaşı “BioNTech”in preparatı istifadə olunacaq. Federal səhiyyə departamentinin rəhbəri Brendan Mörfi və Hantın özü isə yaxın günlərdə “AstraZeneca” şirkətinin vaksini ilə peyvənd olunacaqlar.

Koronavirusa qarşı peyvəndin birinci həftəsində ölkənin 190 şəhərində təxminən 60 min nəfər peyvənd olunacaq.

Avstraliya hökuməti tərəfindən sifariş olunmuş vaksinin ümumi həcmi hazırda 150 milyon dozdan çoxdur.

Oxşar xəbərlər
OTACI