Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobil ər-arvadı vurdu, vəziyyətləri ağırdır

21 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb. Yolu keçən 1963-cü il təvəllüdlü İmanov Əbülfət Əhməd oğlu və həyat yoldaşı, 1965-ci il təvəllüdlü İmanova Aybəniz Cəmil qızını avtomobil vurub.

Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı Ə.İmanova sol incik sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları, A.İmanovaya isə qapalı kəllə-beyin travması, alnın cırılmış yaraları, sol oturaq qaşıq sümüyünün sınığı diaqnozları qoyulub.

Hər iki yaralı həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Report

Oxşar xəbərlər
OTACI