Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb

20 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fevralın 19-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Oxşar xəbərlər
OTACI