Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada gecə saatlarında fəaliyyət göstərən çayxana aşkar edilib

20 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K.Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.

Oxşar xəbərlər
OTACI