Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Avtomobili uşağınız üçün təhlükəsiz edin!” - FOTO

20 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Fevralın 19-da 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Avtomobili uşağınız üçün təhlükəsiz edin!” mövzusunda onlayn yarış keçirildi.

Məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında bilik səviyyələrini yoxlamaq, istedadlı uşaqları müəyyən etməkdən ibarət olmuşdur.

Yarışda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları polis kapitanı Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova, AvtoStop layihəsinin rəhbəri Tural Yusifov, Milli Məclisin deputatı Etibar Əliyevin köməkçisi Pərvin Mahmudov, Təhsil eksperti Kamran Əsədov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru Kəmalə Abdullayeva, direktor müavinləri, müəllimlər və valideynlər iştirak etdi.   

Münsiflər heyəti: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsininin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli, AvtoStop layihəsinin rəhbəri Tural Yusifov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis kapitanı Araz Əsgərli, polis baş leytenantı Pərvanə Muradova idi.

Yarış 6, 19, 81, 144, 158, 164, 183, 228, 245, 279 nömrəli tam orta məktəblərin şagirdlərindən təşkil olunmuş 10 komanda arasında 2 raundda keçirildi: I raundda mövzu ilə bağlı rəsm çəkildi, II raundda uşaqların xüsusi uşaq oturacaqları, təhlükəsizlik kəməri və yol nişanları haqqında nəzəri bilikləri yoxlanıldı, 30 şagirdin cəlb olunduğu yarışda uşaqlar  yol hərəkəti qaydalarına aid biliklərini ekranda əks olunan sualları cavablandırmaqla nimayiş etdirdilər.  

Yarışın nəticəsinə görə Xəzər rayonu 183 nömrəli tam orta məktəbin komandası I, Sabunçu rayonu 81, Binəqədi rayonu 144, Xətai rayonu 245 nömrəli tam orta məktəblərin komandaları II, Səbail rayonu 6, Nəsimi rayonu 164, Suraxanı rayonu 279 nömrəli tam orta məktəblərin komandaları III yerə layiq görüldü.

Oxşar xəbərlər
OTACI