Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb

20 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallı polisi qanunsuz ovla məşğul olan daha 3 nəfəri aşkarlayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Təzəkənd kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri X.Əliyev, R.Şükürov və V.Ağayev saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladıqları 15 ədəd çöl quşu, R.Şükürovdan isə müvafiq sənədləri olmayan 1 ədəd “Tulka” markalı ov tüfəngi aşkarlanıb.

Hər üçü barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər
OTACI