Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

E-sosial.az portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı AÇIQLANDI

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı artmaqda davam edərək 852 minə çatıb.

Nazirlikdən Press.az-a verilən məlumata görə, 2019-cu ildən istifadəyə verilən, ölkənin sosial reyestri e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş özü barədə portalda toplanmış məlumatları daimi izləyə, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirə bilir. Portal həmçinin hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir ki, bu da vətəndaşların ondan rahat istifadəsinə və portalın daha əlçatan olmasına şərait yaradır.

Bütün bunlar portala müraciətlərin sayının sürətlə artmasını şərtləndirib. Ötən dövrdə portala 46 milyondan çox müraciət qeydə alınıb.

Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını paylaşan alexa.com saytının (ABŞ, San-Fransisko) ötən ilin aprelində açıqladığı “Azərbaycanın top saytları” siyahısında e-sosial.az portalı ölkəmizdə ən çox müraciət olunan saytların ilk beşliyində (google.com, youtube.com, google.az, wikipedia.org saytları ilə birgə) qərar tutmuşdu.

Oxşar xəbərlər
OTACI