Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir şəhidimizin övladı dünyaya gəlib - VİDEO

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəhid Mahmud Əhmədovun yeni doğulan qız övladı xəstəxanadan evinə yola salınıb.

Bu barədə İctimai Televiziyada süjet yayımlanıb.

Bildirilib ki, Ağstafa rayonundan olan M.Əhmədovun tankı Vətən müharibəsinin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən vurulub, nəticədə o, yaralanıb.

Hərbçimiz 18 oktyabra kimi Bərdə rayon xəstəxanasında müalicə alıb. Müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb.

Noyabrın 3-də Laçın rayonu istiqamətində gedən şiddətli döyüşlərdə Mahmud Əhmədov şəhid olub. 

O, Ağstafa Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mahmud Fərman oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Oxşar xəbərlər
OTACI