Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb - FOTO

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərində sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinaytləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub.

Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına və ya DİN-in 102 xidmətinə məlumat verə bilərlər.

Oxşar xəbərlər
OTACI