Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Uşaqlar Gələcəyimizdir” şüarı altında “Vərəm/COVİD-19 haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbir keçirildi

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

18 fevral 2021-ci il tarixində "Sağlamlığa Xidmət" İctimai birliyi və Azərbaycan Valideyn-Müəllim Assosasiyasının birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı (TB REP 2.0) və Səhiyyə Nazirliyi Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə “Uşaqlar Gələcəyimizdir” şüarı altında “Vərəm/COVİD-19 haqqında nələri bilməliyik?” adlı maarifləndirici tədbir keçirildi.

Press.az xəbər verir ki, bir sıra beynəlxalq və yerli səhiyyə qurumları, uşaqların mühafizəsi üzrə təşkilatları uşaqlar üçün bir araya gəldilər. Valideyn və şagirdlər məlumatlandırıcı, əyləndirici və düşündürücü səhnəcikləri izləməklə Vərəm və COVİD-19 xəstəliyi haqqında məlumatlar əldə etdilər.

Tədbiri açıq elan edən nağıl personajı Tık-tık xanım hər kəsi salamlayıb bildirdi ki, COVİD-19 virusu uşaqlara az təsir etsə də, vərəm onlardan yan keçmir. Vərəmin uşaqlara təsiri barədə qeyd edən Tık-tık xanım hər il dünyada 1 milyondan çox insanın vərəmlə xəstələndiyini qeyd etdi. Daha sonra o, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Rüstəm Ağayevə ənənəvi təhsilə qayıtdıqdan sonra məktəblilər arasında mantu sınağının aparılması barədə sual ünvanladı.

Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil Nazirinin salamını tədbir iştirakçılarına çatdırdı. O, hər kəsi salamlayaraq bildirdi ki, Təhsil Nazirliyinin tədbirlər planında uşaqların sağlamlığı ilə bağlı tədbirlər ən prioritet məsələlərdən biridir. Nazir müşaviri qeyd edib ki, uşaqların icbari dispanzerizasiyası qanunvericiliyə uyğun olaraq aparılır və eyni zamanda Nazirlik tərəfindən 2015-2020-ci illər üçün qeyri-infeksion xəstəliklərlə mübarizə üzrə strategiya da qəbul olunmuşdu. Rüstəm Ağayev onu da bildirdi ki, Təhsil Nazirliyi tərəfindən uşaqların sağlamlığı ilə bağlı bir sıra layihələr də təşkil edilir. İnfeksion və qeyri-infeksion xəstəliklər barədə mütəmadi tədbirlər həyata keçirilir, ənənəvi təhsilə keçidlə bağlı hazırda COVİD-19 əleyhinə müxtəlif tədbirlər, gigiyena qaydalarına düzgün əməl etməklə mövzusunda mütəmadi məlumatlandırma aparılır.

Daha sonra nağıl personajı Cırtdan UNİCEF ölkə nümayəndəsi Edvard Karvardinə 2030-cu ilədək uşaqlar arasında vərəmə son qoyulmasını sürətləndirmək üçün nə etməliyik deyə sual ünvanlayıb. Edvard Karvardin COVİD-19 haqqında məlumatlandırma, pandemiya dövründə uşaqlara dəstək olmaq, onların bu prosesdən ən az təsirlənməsi ilə bağlı UNİCEF tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. Karvardin qeyd edib ki, vərəmlə mübarizə də pandemiya dövründə unudulmamalı və vərəmə yoluxan uşaqların müalicəyə və qayğıya əlçatanlığı təmin olunmalıdır.

TƏBİB-in infeksion xəstəliklər üzrə şöbə müdiri Nəzrin Mustafayeva COVİD-19 virusu ilə mübarizə çərçivəsində dövlət tərəfindən görüən işlər barədə məlumat verərək, vərəmlə mübarizə istiqamətində pandemiya dövründə yaranmış çətinliklər barədə ətraflı məlumat verdi və Con Hopkins Universiteti tərəfindən aparılmış COVİD-19 dövründə vərəmlə mübarizədə fasilələrin gələcək dövrlərdki fəsadları barədə modelləşdirmə barədə də məlumatı qeyd etdi.

Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının icraçı direktoru Dr.Lucica Ditiu və Moldovanın Səhiyyə Siyasəti və İslahatlar Mərkəzinin direktoru Stela Bivol, Azərbaycan Valideyn-Müəllim Assosasiyasının icraçı direktoru Şahin Rəcəbli və Azərbaycan Vərəm Koalisiyasının

rəhbəri Elçin Muxtarlı vərəmlə mübarizədə diqqət çəkilməli məsələlərdən birinin pediatrik vərəm olmasını vurğuladılar.

Daha sonra Tık-tık xanım və Cırtdanın dialoqu dinlənildi, Çiçək Hüseynli və Ziya Nəsibli Vərəm və COVİD-19 mövzusunda əhvalat danışdılar, kiçik ifaçı Nuray Rəhman “Mənə bir nağıl danış, ata” adlı mahnını ifa etdi. Sonda vərəmdən dünyasını dəyişmiş Frederik Şopenin xatirəsinə Bakı Musiqi Akademiyasının tələbəsi Zöhrə Ramazanlı tərəfindən “Nokturn” əsəri pianoda ifa olundu.

Oxşar xəbərlər
OTACI