logo
First slide

Paytaxtda enerji içkilərini oğurlayan dəstənin görüntüləri - FOTO/VİDEO

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Suraxanı rayonu Bülbülə qəsəbəsində mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər mağazadan 2 min manata yaxın enerji içkisi və tütün məmulatları oğurlayıblar. Həmin mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsi ilə də görüntülənib. 

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Emil İsmayılov, Əlimurad Cərullayev və Xəqani Behbudov saxlanılıblar. Onlar ifadələrində cinayət əməllərini etiraf ediblər.

Saxlanılan şəxslər barəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI
OTACI