Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kollec direktoru tələbələrdən üzr istəyib və cəzalandırılıb

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Bakı Humanitar Kollecinin tələbə qızı təhqir etməsinə münasibət bildirib.

Univeristetdən bildirib ki, ötən gün sosial mediada ADMİU tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb:

“Bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb. Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və kontekstdən çıxarılıb.

Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb”.

Oxşar xəbərlər
OTACI