Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər Mir Şahinin Zəngəzurdan çəkdiyi filmə görə hələ də Paşinyanı söyür - VİDEO

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

REAL TV-nin hazırladığı “Azadlığın ad günü-Zəngəzur” filmi Ermənistan mediasında və cəmiyyətində ajiotajla qarşılanmışdı.

Xatırladaq ki, söhbət filmin müəllifi Mir Şahinin 44 günlük Vətən müharibəsindən bir qədər sonra Zəngəzurun Şurnuxu kəndinin hazırda məğlub Ermənistanın nəzarətində olan hissəsinə keçməsi, erməni ailəsinin evində olması və Ermənistan vətəndaşlarından müsahibələr almasından gedir.

Ermənistanın 5-ci televiziya kanalı "Azadlığın ad günü – Zəngəzur” filmi ilə bağlı süjet hazırlamışdı. Süjetdə bildirilirdi ki, Ermənistanın başının Sünik qalmaqalına qarışdığı bir vaxtda Azərbaycanın tanınmış telejurnalisti Mir Şahin Ağayev Sünikin Ermənistanın nəzarətində olan hissəsinə keçib. Erməniləri daha çox narahat edən isə Mir Şahinin “Azərbaycana xoş gəlmisiniz” yazılmış lövhənin yaxınlığındakı şərhidir.

Filmin Ermənistanda yaratdığı təşviş hələ də davam edir. Ermənistan sosial şəbəkələrində paylaşılan video erməni cəmiyyətində növbəti etirazlara səbəb olub. Erməni cəmiyyətini, siyasi elitasını ən çox qıcıqlandıran məqamlardan biri isə azərbaycanlı jurnalistin çox rahatlıqla erməni ailəsinin evinə girib, onların yaşadıqları səfil vəziyyəti nümayiş etdirməsidir.

Sosial şəbəkələrdə paylaşılan videonun şərh bölməsində isə Ermənistan hakimiyyətinə, xüsusən də baş nazir Nikol Paşinyanın ünvanına yönəlmiş təhqir və tənqid dolu mesajlar gəlməkdə davam edir. Erməni əhalisi bunun necə baş verdiyinin izahını tələb edir.

Qeyd edək ki, hadisədən bir ay keçməsinə baxmayaraq, Ermənistan hakimiyyəti bununla bağlı əhaliyə heç bir rəsmi açıqlama verməyib.

Trend

Oxşar xəbərlər
OTACI