Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğurlanan və ya itən smartfonları tapmağın ən yaxşı yolu açıqlanıb

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Android və iOS əməliyyat sistemində “tracking” (izləmə) proqramı quraşdırılıb. Tərtibatçının və ya istehsalçının saytından şəxsi kabinetinizə (telefonu alarkən yaradılır) girərək telefonun sonuncu dəfə harada olduğunu görə bilərsiniz.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyanın “İntellektual Ehtiyat” şirkətinin direktoru Pavel Myasoyedov oğurlanan cihazı tapmağın ən yaxşı yollarını açıqlayarkən bildirib.

Bundan əlavə, smartfonu aldıqdan sonra müstəqil olaraq oxşar proqram quraşdıra və içərisində gizli rejimi aktivləşdirə bilərsiniz. Bu zaman proqramdan xəbərsiz cinayətkarı və cihazın yerini izləmək mümkün olacaq.

Bəzi şirkətlər, məsələn “Samsung” və ya “Apple” telefonu uzaqdan kilidləməyi və telefonu geri qaytarmağın lazım olduğu barədə xəbərdarlığı ekranda göstərməyi təklif edir. Ancaq mütəxəssisin fikrincə, polisə müraciət etmək daha məntiqlidir.

Ayrıca, hər bir mobil cihazın unikal “IMEI” identifikasiya nömrəsi var ki, hətta SIM-kart dəyişdirilsə belə həmin kod dəyişmir. Zəng edərkən mobil operatoru bu nömrəni görə və polisə xəbər verə bilər.

Oxşar xəbərlər
OTACI