Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə açıqlama yayıb.

Fevralın19-u saat 09:45 üçün yollardakı vəziyyəti təqdim edirik:

1. Bakı - Quba - Rusiya ilə dövlət sərhədi

Yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

2. Giləzi - Xızı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3. Bakı - Qobustan

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolun 90-105 km hissəsində səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4. Qobustan - Şamaxı - Muğanlı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5. Muğanlı - Ağsu - Yevlax

Yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Bakı - Ələt - Hacıqabul

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7. Hacıqabul – Ucar – Yevlax

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9. Muğanlı – İsmayıllı

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, əsasəndə yolun meşə zolağından keçən hissəsinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

10. İsmayıllı - Qəbələ - Oğuz - Şəki

Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta və duman var. Duman olan hissədə görünmə məsafəsi 30-35 metr təşkil edir. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, körpülərə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11. Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd

Yağıntı yoxdur, Qax rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12. Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13. Gəncə-Daşkəsən-Xoşbulaq

Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisinə 12-13 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14. Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisinə 14-15 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15. Ələt – Astara – İranla dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16. Masallı – Yardımlı

Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17. Lənkəran – Lerik

Yağıntı yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

18. Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Oxşar xəbərlər
OTACI