Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda koronavirusun Britaniya ştammına görə iki sərhəd qapısı bağlanacaq

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın Xuzistan ostanının valisi Qasım Süleymani Dəştəki bildirib ki, vilayət ərazisində aşkar olunan koronavirusun Britaniya ştammının buraya İraqdan gəlməsi müəyyənləşib.

Bu barədə “HaberTürk” İran dövlət televiziyasına istinadən məlumat yayıb. Məlumata əsasən, mutasiyalı virusun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə şənbə günündən etibarən İraqla sərhəddəki Şələmçə və Cəzzabə buraxılış keçid məntəqələri bir həftə müddətinə bağlanacaq.

Xatırladaq ki, İran ərazisində koronavirusun Britaniya ştammı ilk dəfə yanvarın 5-də aşkar edilib. Qonşu ölkə martın 10-dək Böyük Britaniya ilə hava əlaqəsini dayandırıb.  

Oxşar xəbərlər
OTACI