Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbi prokuror: "Müharibədə 9 094 erməni hərbçisi yaralanıb, ölənlərin sayı məlum deyil"

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İkinci Qarabağ müharibəsində ölən erməni həbçilərinin 3 389-nun meyiti identifikasiya olunub”.

Bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan prokurorluq orqanlarının fevralın 18-də keçirilən müşavirəsində bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən ölən hərbçilərin yekun sayı hələ məlum deyil: "Hərbçilərin, mülki şəxslərin meyitlərinin axtarışı davam edir. 2020-ci ildə 3 389 hərbçinin meyiti identifikasiya olunub”.

Hərbi prokuror deyib ki, 44 günlük müharibədə Ermənistanın 9 094 hərbçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. V.Arutyunyanın sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi hissələrində 3 016 cinayət qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 3 dəfə (ötən il 929 cinayət qeydə alınıb) çoxdur. O vurğulayıb ki, 3 016 cinayətin 55 faizi amansızlıq və xüsusi amansızlıqla törədilib.

Müşavirədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da iştirak edib.

Oxşar xəbərlər
OTACI