Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Caliber” Sarkisyanın son açıqlamaları barədə - VİDEO

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Caliber” müstəqil jurnalist layihəsinin “YouTube” səhifəsində Ermənistanın eks-hökumət başçısı Serj Sarkisyanın bugünlərdə verdiyi bəyanatlara aydınlıq gətirən videosüjet yayımlanıb.

Süjetdə qeyd olunur ki, fevralın 16-da Ermənistanın keçmiş baş-naziri Serj Sarkisyan “ArmNews”  telekanalına müsahibəsində 44 günlük mühribə dövründə İrəvanın Azərbaycanın neft infrastrukturu obyektlərinə qarşı “İskəndər” raket kompleksindən istifadə etməli olduğunu bildirib. Siyasətçi bu addımın atılmadığına görə təəccübləndiyini, raket kompleksinin məhz elə bu məqsədlə əldə olunduğunu qeyd edib. Faktiki olaraq, qonşu dövlətin ərazisində terror aktı törətməyə çağırış edən keçmiş hökumət başçısı utanmadan Azərbaycanı Xankəndi və Xocavəndi atəşə tutmaqda da ittiham edib. Onun sözlərinə görə, Azərbaycan ordusunun başlıca hədəfləri “Qarabağ müdafiə ordusunun” qərərgahı və elektrik stansiyası olub.

Layihənin müəllifləri Sarkisyanın bu sözlərinin açıq-aydın bir yalan olduğunu bəyan edir, qeyd edilən ərazilərdə hərbi obyektlərin mövcudluğunun heç kəsdə şübhə doğurmadığını bildirir və bunu əsaslı dəlillərlə sübut edirlər.

Daha ətraflı “Caliber”in “YouTube” kanalındakı videosüjetdə.

Oxşar xəbərlər
OTACI