Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ!!! Bakıda məktəblərdən biri koronavirusa görə bağlandı - RƏSMİ - YENİLƏNİB

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyətinin müvəqqəti dayandırılması barədə məlumat yayıb.

İdarədən bildirilib ki, məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bu səbəbdən Bakı şəhəri Nərimanov rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.

18:17

Bakıdakı 82 saylı məktəb COVID-19 virusunun yoluxma çoxğluğu səbəbindən 2 həftəlik müddətə bağlanıb.

Nərimanov rayonunda yerləşən həmin məktəbdə təhsl alanlar üçün dərslər distant olaraq davam edəcək.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil idarəsindən açıqlama almaq mümkün olmayıb.

Report

Oxşar xəbərlər
OTACI