Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qubada avtomobil qaçıran şəxs saxlanılıb

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Press.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə fevralın 16-da Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobillə Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədilməsi müəyyən edilib. Keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Raman Mirzəliyev saxlanılıb.

Raman Mirzəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Quba rayonu ərazisində yerləşən bağ sahələrinin birindən bir ədəd motorlu mişar da oğurladığı müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməlləri etiraf edib.

Faktlarla bağlı Quba RPŞ-də Təhqiqat qrupunda araşdırmalar aparılır. Raman Mirzəliyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.

Oxşar xəbərlər
OTACI