logo
First slide

Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Press.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib. Hazırda 2 175 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216, bu günə qədər isə ümumilikdə 2 528 610 test icra olunub.

Oxşar xəbərlər
OTACI
OTACI