logo
First slide

İşğaldan azad olunmuş torpaqlarda xidmət edən hərbçilər nə vaxt vaksinasiya olunacaq?

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusif-zadə işğaldan azad olunmuş torpaqlarda xidmət edən heyətin vaksinasiyasına nə zamandan başlanılacağı barədə açıqlama verib.

Press.az-ın məlumatına görə, Tibb Xidmətinin rəisi jurnalistlərə bildirib ki, DSX-də vaksinasiya prosesi ölkədəki qəbul olunan təlimata uyğun olaraq aparılır:

"Ona görə də bu, mərhələli xarakter daşıyır. İşğaldan azad olunmuş torpaqlarda xidmət edən heyətin vaksinasiyası Bakı Qarnizonu bitdikdən sonra davam etdiriləcək. Bu, bizdə olan saydan asılıdır. Düşünürəm ki, Bakı və Bakı ətrafı rayonları, biz, yəqin ki, bir ay müddətində əhatə etdikdən sonra ölkədəki vəziyyət və tələb və qaydalara uyğun davam edəcəyik".

Oxşar xəbərlər
OTACI
OTACI