Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu tarixdən hava yenidən dəyişəcək

18 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaxın günlərdə havanın temperaturu tədricən 3-4 dərəcə yüksələcək. Lakin fevralın 21-dən ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir.

Pres.az xəbər verirki, bunu ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, peyk məlumatlarına əsasən, Aralıq dənizi üzərində yeni siklon yaranmaqdadır. Həmin bu siklonun fevralın 20-də günün ikinci yarısında yaxınlaşması proqnozlaşdırılır:

"Buna görə də fevralın 21-də və fevralın 22-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Respublikanın əsasən, dağlıq və dağətəyi bölgələrində yağıntılar qar şəklində olacaq. Bakıda isə yağıntı, əsasən, yağış şəklində olacaq".

Oxşar xəbərlər
OTACI